• STONEGUARD DAŞ LAKI

Su tərkibli, şəffaf, sukeçirməz daş emprenyesi. “Stoneguard” təbii və süni daşlar, beton səthlərdə sukeçirməzliyi təmin edərək səthi aşınmaqdan müdafiə edir. İstifadə olunduğu səthin dəyişən hava şəraitinə qarşı müqavimətini artırır və donmaqdan qoruyur. Eyni zamanda çirk, duz, ərp və yosun əmələ gəlməsinin qarşısını alır. Şəffaf olduğu üçün səthin təbii görünüşünü dəyişmir. Qoxusuzdur. Cilasız və əmici  xüsusiyyətə malik bütün  süni və təbii daslar. (sement, beton, kərpic, briket, əhəng daşı və s.) həmçinin beton səthlərdə istifadə olunur. Stoneguard  istifadə  edilməzdən əvvəl  səth quru və təmiz olmalı,  yağ və  kir çıxarılmalıdır. Həmçinin səthdə kif və yosun varsa, tamamilə  təmizlənməlidir. Səthdəki çatlar və boş hissələr təmir olunmalıdır. Məhsulu boyalı və lak vurulmuş səthlərə birbaşa tətbiq etməyin. Məhsulu tətbiq etməzdən əvvəl səthin tamamən qurumasını gözləyin. Məhsul hazır şəkildədir və incəltməyə ehtiyac yoxdur. İstifadədən əvvəl yaxşıca qarışdırmaq və homogen olduğunu yoxlamaq lazımdır. Məhsul səthə fırça, rulo və püskürtmə aparatı vasitəsilə tətbiq olunur. Qatlar arasında gözləmədən iki qat şəkildə vurulur. Birinci qatın quruması gözlənilmir, yaş-yaş vurulur. İstifadə vaxtı temperatur +15 °C ilə +25 °C arasında olmalıdır. Məhsulun istifadəsi zamanı ilk qatda daşın üzərində ərp  və sair maddələrdən dolayı  ləkələr olarsa, səthi ehmalca silmək, yumaq, yaxud da sürtərək ləkələrdən təmizləmək lazımdır. Daha sonra ikinci qatı tətbiq etmək olar. Məhsulun tam quruması üçün 24 saat gözləmək lazımdır. İstifadə  zamanı yağış yağarsa, səthin üzərini örtün və quruyana qədər örtülü saxlayın. Yalnız xarici səthlərdə istifadəyə uyğundur. Döşəmədə istifadəyə uyğun deyil.

1 lt. Stoneguard   ilə tək qat şəkildə  səthə  bağlı olaraq 1.5 m²- 15 m² sahə  emprenye oluna bilər. Gil, qum və əhəng əsaslı kərpic  və ya briketlər: 1,5 m², Klinker kərpic: 8,5 m², Əhəng daşı: 3,5 m², Pomza daşı: 5,0 m², Beton və sement: 5,0 m², Çay daşı: 12-15 m²


STONEGUARD DAŞ LAKI

  • Markalar SOBSAN BOYA
  • Məhsul Kodu: Mehsul48
  • Anbarda: Anbarda Mövcuddur
  • ⫙48.00