Məhsul haqqında : Alkid bağlayıcı tərkibli, keyfiyyətli parlaq boyadır. Xüsusiyyətləri : Yaxşı örtücülüyə malikdir. Parlaqdır. İstifadəsi asandır. Yayılmağı mükəmməldir və fırçanın izini saxlamır. Zaman keçdikcə saralmaz, çatlamaz və tökülməz. Kimyəvi və fiziki təsirlərə qarşı dözümlüdür. Tətbiq sahəsi : Binaların daxili və xarici hissələrində, taxta və metal səthlərdə, kənd təsərrüfatı vasitələrində, quru və dəniz nəqliyyatlarında, mebellərdə uyğun astarlar ilə inamla istifadə olunur. Tətbiqi : İstifadədən əvvəl səth yapışmanı azaldan köhnə boya qalıqlarından, yağ, kir və pasdan tamamilə təmizlənməlidir. Metal səth təmizlənib Sobsan Antipas ilə astar-lanmalıdır, yeni taxta səth isə tilişkələrdən təmizlənib Mobitex ilə doyurulmalıdır. Bundan sonra Parlaq Boya vurulur. Fırça və rulodan istifadə edərkən boya 15-20 %, boya püs-kürdücüdən istifadə zamanı 20-25 % Sin-Tiner ilə incəldilməlidir. Yaxşı qarışdırılmalı və ikiqat çəkilməlidir. Qatlaq arası gözləmə müddəti temperaturdan asılı olaraq 10-12 saatdır. Saxlanma şərtləri : S 2 - Uşaqların əl çatmadığı yerlərdə saxlayın. S 3/7/9 - Qabı hermetik bağlayın. Sərin və yaxşı havalandırılan yerdə saxlayın. S 16 - Oddan uzaq tutun. Siqaret çəkməyin. Təhlükəsizlik şərtləri : R 10 - Alovlana bilər. Alovlanma dərəcəsi : +38° C. R 20/21/22 – Qoxladıqda, udulduqda, dəri ilə təmasda olduqda sağlamlığa zərərlidir. S 36/37/39 - İş zamanı qoruyucu geyim, əlcək,maska və gözlükdən istifadə edin. Saxlanma müddəti :............................... 3 il. Alətlər______ Fırça Rulo Boya püskürdücü Sərfiyyat........... 10-12 m² / kg (tək qat tətbiq olunduğunda) Quruma müddəti (25º C-də) Toxunma quruması...... 4-5 saat Toz quruma................. 7-8 saat Sərt quruma..................24 saat ÇƏKİLƏR : 0,75 kg // 2,5 kg // 17 kg

PARLAQ BOYA 17 kq

  • Markalar SOBSAN BOYA
  • Məhsul Kodu: mehsul15
  • Anbarda: Anbarda Mövcuddur
  • ⫙122.00

  • 9

Əlaqəli Məhsullar

İmpuls sellülozik parlaq boya 12kq

İmpuls sellülozik parlaq boya 12kq

Məhsul haqqında : Nitrosellüloza və alkid tərkibli son qat parlaq bir boyadır. Xüsusiyyətləri : Zər..

⫙84.00