İstifadəsi asandır və fırçanın izini saxlamaz. Kimyəvi və fiziki təsirlərə qarşı müqaviməti yüksəkdir. Örtücülüyü və bəyazlığı mükəmməldir. Zaman keçdikcə saralmaz, qabarmaz və tökülməz.
Tətbiq edildiyi sahələr
Binaların daxili və xarici hissələrində divar, taxta, metal, gips kimi hər növ səthlər üzərinə sonqat olaraq vurulur. Sobmat mətbəə və poliqrafiyada, şəkil və asma reklam bənzəri işlərdə istifadə edilir.
Tətbiq üsulları
Vesbo mat boya istifadə ediləcək səthlər, yapışmağı azaldıcı köhnə boya qalıqlarından, yağ, kir və pasdan tamamilə təmizlənməlidir. Metal səthlər təmizlənib Antipas ilə astarlandıqdan, yeni taxta səthlər isə tilişkələr sürtülüb və Mobitex ilə doyurulduqdan sonra Sobmat istifadə edilməlidir. Sobmat fırça və rulo ilə istifadələrdə 15-20 %, boya püskürdücü ilə istifadələrdə 20-25 % Sin-tiner ilə incəldilməli, yaxşıca qarışdırılmalı və iki qat olaraq istifadə edilməlidir. Qatlaq arası gözləmə müddəti mühit temperaturundan asılı olaraq 6-8 saatdır.
Saxlama şərtləri
S 2 uşaqların əl çatdığı yerlərdən uzaq tutun
S 16 yanıcı mənbələrdən uzaq tutun. Siqaret çəkməyin.
S 3/7/9 qabını, yaxşı bağlı halda, sərin və yaxşı havalandırılan bir yerdə saxlayın.
Təhlükəsizlik şərtləri
R 10 alovlana bilər. Parlama nöqtəsi +44º C
R 20/21/22 tənəffüs edildiyində, dəri ilə təmasda, udulduqda sağlamlığa zərərlidir.
S 51 yalnız yaxşı havalandırılan yerlərdə istifadə ediniz.
Saxlama müddəti 3 il
İşarələ: Mat

