Məhsul haqqında : Akrilik kopolimer emulsiya əsaslı, keyfiyyətli, mat görünüşlü, silinəbilən daxili cəbhə boyasıdır.
Xüsusiyyətləri : Hər cür səthə mükəmməl yapışma göstərir. Elastik xüsusiyyəti sayəsində çatlamaz, qopmaz. Yaxşı bəyazlığa və örtücülüyə sahibdir. Silinəbilmə xüsusiyyəti vardır. Hava keçirmə xüsusiyyətinə malik olduğundan boyanmış səth nəfəs alar və səthdə nəmliyin əmələ gəlməsinin qarşısını alar. Bu səbəbdən boyanmış səth quru qalar. İstifadəsi asandır. Rəngləri solmaz. Səthlərə mat, təmiz və dekorativ bir görünüş verir.
Tətbiq sahəsi : Binalarin daxili hissələrində beton, gips, suvaq və bənzər xam divarlarda uyğun astarlarla istifadə edilir.
Tətbiqi : Sobplus istifadə edilməyə başlamazdan əvvəl qabarmış, möhkəm olmayan yerlər qopardılmalı, yağ və kir su ilə silinərək təmizlənməlidir. Lazım gələrsə səthlərdəki çuxur və çatlar Sobexpas məcun ilə düzəldilməlidir. Sonra səth Sobbinder ilə astarlanmalıdır. İstifadə etməzdən əvvəl boyanın 20-25%-i qədər su ilə incəldilərək 2-3 qat vurulur. Fırça və rulo ilə istifadə olunur. Qatlar arasında 1 saat gözlənilməlidir. İstifadə vaxtı temperatur +5º C-dən yuxarı, rütubət 80%-dən aşağı olmalıdır.
Saxlanma şərtləri : Birbaşa günəş işığı düşməyən, 0º C aşağı və + 35º C yuxarı olmayan mühitlərdə orijinal qablarında ağzı bağlı şəkildə saxlayın. Donmaqdan qoruyun.
S2 - Uşaqların əl çatmadığı yerlərdə saxlayın.
Saxlanma müddəti :........................................3 il.
Quruma müddəti (25º C-də) :
Toxunma quruması.......1-2 saat
Sərt quruma....................24 saat
Sərfiyyat................ 6-8 m²/kg (tək qat).
Çəki : 10 kg
SOBPLUS - YUYULAN PLASTİK DİVAR BOYASI 10kg
- Markalar SOBSAN BOYA
- Məhsul Kodu: Məhsul26
- Anbarda: Anbarda Mövcuddur
-
⫙33.80


-74x74.jpg)