Akrilik kopolimer tərkibli, yüksək keyfiyyətli xarici cəbhə divar məcunudur. Xüsusiyyətləri: İstifadə olunduğu səthə mükəmməl şəkildə yapışır. Yağış, nəm, günəş şüaları kimi hər cür hava şəraitinə, dəniz sahillərindəki duzlu nəmin mənfi təsirlərinə qarşı son dərəcə dözümlüdür. Hava keçirmə xüsusi-yyətinə malik olduğundan məcun vurulmuş səth nəfəs alar və səthdə nəmliyin əmələ gəlməsinin qarşisını alır. Bu səbəbdən boyanmış səth quru qalar.İstifadəsi asandır və tez bir vaxtda quruyur. Daha sonra üstündən istifadə olunacaq boyanın dözümlülüyünü artırır, sərfiyyatını azaldır. Tətbiq sahəsi: Binaların xarici və daxilindəki divar səthlərdə, düz bir səth əldə etmək üçün istifadə olunur. İstifadə şəkli: Sobexpas istifadə etməzdən əvvəl səth yağ, toz, qabarmış boya qalıqları kimi maddələrdən tamamilə təmizlənməlidir. Yeni suvanmış səthlərdə 21 gün (20º C-də) suvağın tam quruması gözlənilməlidir. Məcunu istifadə etməzdən əvvəl səthi bərkitmək üçün astar olaraq Sobbinder istifadə edilməlidir. Sobexpas istifadəyə hazır haldadır. Məcun mala ilə çəkilir. Hər qat orta hesabla 3 mm qalınlıqda olmalıdır. İstifadə vaxtı temperatur +5º C-dən yuxarı, rütubət 80 %-dən aşağı olmalıdır. Saxlanma şərtləri: Birbaşa günəş işığı düşməyən, 0º C-dən aşağı və +35º C-dən yuxarı olmayan mühitdə orijinal qabda, ağzı bağlı şəkildə saxlayın. Donmaqdan qoruyun. S2 - Uşaqların əl çatmadığı yerlərdə saxlayın. Saxlanma müddəti:........................................3 il. Sərfiyyat............ 0,5-1 m²/kg (tək qat) Çəkilər : 4,5 kg / 10 kg / 25 kg

SOBEXPAS - AKRİLİK DİVAR MƏCUNU 25kq

  • Markalar SOBSAN BOYA
  • Məhsul Kodu: Mehsul25
  • Anbarda: Anbarda Mövcuddur
  • ⫙39.60

  • 3