Akrilik kopolimer emulsiya tərkibli şəffaf divar astarıdır. Xüsusiyyətləri: Hər növ səthə mükəmməl şəkildə yapışır. Hava keçirmə xüsusiyyətinə malik olduğundan, astarlanan səth nəfəs alar və səthdə nəmliyin əmələ gəlməsinin qarşısını alır. Bu səbəbdən astarlanan səth quru qalar. İstifadəsi asandır. İstifadə edildiyi səthin əmiciliyini azaldaraq boya sərfiyyatını azaldır, möhkəmliyini artırır. Tətbiq sahəsi: Binaların daxili və xarici hissələrində, beton, gips, suvaq və oxşar xam divarlarda, emulsiya tərkibli köhnə daxili və xarici boyalı səthlərdə istifadə edilir. Tətbiqi: Sobbinder istifadə etməzdən əvvəl qabarmış, boş və möhkəm olmayan səthlər qazınmalı, yağ və kir su ilə silinərək təmizlənməlidir. 1 həcm Sobbinder 7 həcm su ilə incəldilərək fırça ilə vurulur. İstifadə vaxtı temperatur +5º C-dən yuxarı, rütubət 80 %-dən aşağı olmalıdır. Saxlanma şərtləri: Birbaşa günəş işığı düşməyən, 0º C-dən aşağı və +35º C-dən yuxarı olmayan mühitdə orijinal qabda ağzı bağlı halda saxlayın. Donmaqdan qoruyun. S2 - Uşaqların əl çatmadığı yerlərdə saxlayın. Saxlanma müddəti :...............................3 il. Quruma müddəti (25º C-də) : Sərt quruma....................1 saat Sərfiyyat................25-40 m²/kg Çəkilər : 1 kg / 4 kg

Sob Binder 1kq

  • Markalar SOBSAN BOYA
  • Məhsul Kodu: Məhsul5
  • Anbarda: Anbarda Mövcuddur
  • ⫙5.50