Özəllikləri
İstifadə edildiyi səthə mükəmməl bir şəkildə yapışır. Çatlamaz, tökülməz. Yağış, nəm, günəş şüaları kimi hər növ hava şərtlərinə, dəniz sahillərindəki duzlu nəmin mənfi təsirlərinə qarşı dözümlüdür. Tənəffüs edə bilmə xüsusiyyəti ilə divardakı rütubəti bayıra atar. Rəngləri solmaz.
Tətbiq edildiyi sahələri
Binaların xarici səthlərində beton, daraq sıvaq və asbestli sement kimi hər növ köhnə və yeni səthlərdə uyğun astarlar ilə istifadə edilir. İstənildikdə daxili cəbhələrdə də istifadə edilə bilir.
Tətbiq üsulları
Rulotex istifadə edilməzdən əvvəl səth yağ, toz, qum, köhnə qabarmış boyalar kimi yapışmanı azaldıcı maddələrdən tamamilə təmizlənməlidir. Yeni sıvanmış səthlərdə 21 gün (20º C-də) sıvağın bərkiməsi gözlənilməlidir. Səth Sobbinder və ya Sobsilex prim ilə astarlandıqdan sonra Rulotex istifadə edilir. Lazım gələrsə səthdəki çuxur və çatlar Sobexpas ilə düzəldilməlidir. Rulotex istifadəyə hazır haldadır. Rulo ilə istifadə ediniz.
Saxlanma şərtləri
Birbaşa günəş işığı düşməyən, 0° C-dən aşağı və +35° C-dən yuxarı olmayan mühütlərdə orijinal qablarda ağzı bağlı halda saxlayın. Donmaqdan qoruyun.
Təhlükəsizlik şərtləri
- S2 – Uşaqların əlləri çatmayacağı yerlərdə saxlayın.


