Özəllikləri
Hər cür səthə mükəmməl yapışma göstərir. Elastik xüsusiyyəti sayəsində çatlamaz, qopmaz. Yaxşı bəyazlığa və örtücülüyə sahibdir. Silinəbilmə xüsusiyyəti vardır. Tənəffüs edə bilmə xüsusiyyəti ilə divardakı rütubəti bayıra atar. İstifadəsi asandır. Rəngləri solmaz. Səthlərə mat, təmiz və dekorativ bir görünüş verir.
Tətbiq edildiyi sahələr
Binalarin daxili hissələrində beton, gips, sıvaq və bənzər xam divarlarda uyğun astar-larla istifadə edilir.
Tətbiq üsuları
Sobplus istifadə edilməyə başlamazdan əvvəl qabarmış, möhkəm olmayan yerlər qopar-dılmalı, yağ və kir su ilə silinərək təmizlənməli və Sobbinder ilə astarlanmalıdır. Zərurət yarandiğı halda səthdəki çatlari Sobexpas məcunla düzəltmək lazımdır. İlk qatında boyanın yarısı qədər su ilə, ikinci qatda isə ¼-i qədər su ilə incəldilərək Sobplus vurulur. Fırça və rulo ilə istifadə olunur. Qatlar arasında 1 saat gözlənilməlidir. İstifadə vaxtı temperature +5º C-dən yuxarı, rütubət 80%-dən aşağı olmalıdır.
Saxlanma şərtləri
Birbaşa günəş işığı düşməyən, 0º C aşağı və + 35º C yuxarı olmayan mühitlərdə ori-jinal qablarında ağzı bağlı şəkildə saxlayın. Donmaqdan qoruyun.
Təhlükəsizlik şərtləri
- S 2 – Uşaqların əlçatdığı yerlərdən uzaq tutun.


