• Sobsan Parket Lakı 13 kq

Uretan-alkid bağlayıcı əsaslı, tək komponentli yüksək keyfiyyətli parlaq lakdır. Xüsusiyyətləri : İstifadəsi asandır. Cızılmağa qarşı dözümlüdür. Parlaqlığı və parlaqlıq qalıcılığı mükəmməldir. İstifadə olunduğu səthləri çay, qəhvə, su kimi maddələrə qarşı qoruyur. Elastikdir, çatlamaz. Sabun və ya təmizləyici maddə qatılmış su ilə asan təmiz-lənir. Tətbiq sahəsi : Hər növ parket və mozaikaların kimyəvi və fiziki təsirlərdən qorunması məqsədi ilə istifadə edilir. Tətbiqi : İstifadədən əvvəl səth quru və təmiz olmalıdır. Parketdəki çuxurlar və çatlar Sobsan Polyester Məcunla doldurulmalı və sumbata kağızı ilə hamarlanmalıdır. Taxtada olan düyünlər yandırılmalı və Sel-Tiner ilə təmizlənməlidir. Bundan sonra səth Sel-dolğu ilə doldurulmalı və sumbata kağızı ilə hamarlanmalıdır. Sobvernik fırça və rulo ilə isti-fadəyə hazırdır. Püskürdücü cihaz ilə istifadə zamanı Sobvernik 5-10 % Sin-tiner ilə incəldilməlidir. İki-üç qat olaraq istifadə edilir. İstifadə olunacaq səthin temperaturu +5º C-dən yuxarı və +35º C aşağı olmalıdır. Saxlama şərtləri : S 2 - Uşaqların əl çatdığı yerlərdən uzaq tutun. S 3/7/9 - Qabını bağlı halda, sərin və yaxşı havalandırılan bir yerdə saxlayın. S 16 - Oddan uzaq tutun. Siqaret çəkməyin. Təhlükəsizlik şərtləri : R 10 - Alovlana bilər. Parlama nöqtəsi : +38° C. R 20/21/22 - Tənəffüs edildiyində, dəri ilə təmasda, udulduqda sağlamlığa zərərlidir. S 36/37/39 - İşləyərkən uyğun qoruyucu geyim, əlcək, maska və gözlükdən istifadə edin. Saxlanma müddəti : 3 il. Alətlər: Fırça, Rulo, Boya çəkən Sərfiyyat: 12-15 m² / kg (tək qat tətbiq olunduğunda) Quruma müddəti (25º C-də) Toz quruma: 5-6 saat Sərt quruma: 24 saat Çəkilər : 0,75 kg // 2,5 kg // 13 kg

Sobsan Parket Lakı 13 kq

  • Markalar SOBSAN BOYA
  • Məhsul Kodu: Mehsul8
  • Anbarda: Anbarda Mövcuddur
  • ⫙85.90