• GOLD FASAD

Akrilik kopolimer emulsiya  bağlayıcı əsaslı, mat görünüşlü  xarici cəbhə  boyasıdır. Tətbiq olunduğu səthlərə mükəmməl şəkildə yapışır, çatlamaz və tökülməz. Sürtünməyə, yuyulmağa, qələvi və suya dayanıqlı, yüksək örtmə gücünə malik, rəngləri solmayan, keyfiyyətli xarici  cəbhə boyasıdır. Hər növ  gips, suvaq,  beton və alçıpan kimi xarici  səthlərdə  dekorativ və qoruyucu məqsədlə güvənli şəkildə istifadə olunur. Tətbiq olunacaq səthlər sağlam, quru və təmiz olmalıdır. Qabarmış  və köhnə boyalı səthlər qazınaraq təmizlənməlidir. Düzgün bir səth əldə etmək üçün  səthə  məcun vurulmalıdır.  Məcun vurulduqdan  sonra səth lazım olarsa, sumbata olunmalıdır  və Sobsilex Prim Astarı ilə astarlanmalıdır. Astar tətbiq olunduqdan  2-3 saat sonra Gold Fasad xarici  cəbhə  boyası  10-15 % nisbətində  su ilə incəldilərək,  iki qat şəkildə  fırça və ya rulo ilə tətbiq edilir. Qatlar arasında ən az  4-12  saat gözlənilməlidir. Tətbiq sırasında  mühit və  səth temperaturunun 5-35 °C arasında olmasına diqqət  olunmalıdır. 

S 2             : Uşaqların əli çatdığı yerlərdən uzaq tutun. 

S 3 / 7        : Qabı sərin yerdə,ağzı bağlı halda saxlayın. 

S 24 / 25    : Göz və dəri ilə təmasdan qoruyun.

S 29           : Kanalizasiyaya atmayın.

S 46           : Udulduğu halda dərhal həkimə müraciət edin, qabı və ya etiketi göstərin. 


GOLD FASAD

  • Markalar SOBSAN BOYA
  • Məhsul Kodu: Mehsul50
  • Anbarda: Anbarda Mövcuddur
  • ⫙73.00