SOBRANO TRAVERTINO su əsaslı, yüksək texnologiya ilə hazırlanmış mükəmməl örtmə gücünə malik dekorativ divar örtüyüdür. İnteryer və eksteryer üçün xüsusi zövqlə hazırlanmış məhsul aşınmağa və əlverişsiz hava şaraitinə qarşı olduqca dözümlüdür. Özəl tərkibi sayəsində səthin nəfəs almasını təmin edərək divarları nəmə qarşı qoruyur. Üstün cəhətlərindən biri zaman içərisində görünüşünün dəyişmədən olduğu kimi qalmasıdır. SOBRANO TRAVERTINO zərif və isti təsir bağışladığı üçün daxili divarlarda, xüsusilə otaqlar, foyelər, pilləkən boşluqları, dəhliz kimi yerlərdə də istifadə olunur.