• Chrome Plastik Plus

Akrilik kopolimer emulsiya tərkibli, keyfiyyətli, mat görünüşlü dekorativ daxili cəbhə boyasıdır. Xüsusiyyətləri: Hər növ səthə mükəmməl şəkildə yapışır. Elastikliyi sayəsində çatlamaz, zaman keçdikcə tökülməz. Mükəmməl bəyazlığa və örtücülüyə sahibdir. Hava keçirmə xüsusiyyətinə malik olduğundan boyanmış səth nəfəs alar və səthdə nəmliyin əmələ gəlməsinin qarşısını alar. Bu səbəbdən boyanmış səth quru qalar. İstifadəsi asandır. Rəngləri solmaz. Səthlərə mat, təmiz və dekorativ görünüş verir. Tətbiq sahəsi : Binaların daxili səthlərində, beton, gips, suvaq və oxşar xam divarlarda uyğun astarlarla istifadə edilir. Tətbiqi : Sobplastik istifadə edilməzdən əvvəl qabarmış, boş və möhkəm olmayan səthlər qazınmalı, yağ və kir su ilə silinərək təmizlənməlidir. Lazım gələrsə səthlərdəki çuxur və çatlar Sobexpas məcun ilə düzəldilməlidir. Sonra səth Sobbinder ilə astarlanmalıdır. İstifadə etməzdən əvvəl boyanın 20-25%-i qədər su ilə incəldilərək 2-3 qat vurulur. Fırça və rulo ilə istifadə edilir. Qatlar arasında 1 saat gözlənilməlidir. İstifadə vaxtı temperatur +5º C-dən yuxarı, rütubət 80 %-dən aşağı olmalıdır. Saxlanma şərtləri : Birbaşa günəş işığı düşməyən, 0º C-dən aşağı və +35º C-dən yuxarı olmayan mühitlərdə orijinal qablarda ağzı bağlı halda saxlayın. Donmaqdan qoruyun. S2 - Uşaqların əl çatmadığı yerlərdə saxlayın. Saxlanma müddəti :...................................................3 il. Quruma müddəti (25º C-də) : Toxunma quruması.......1-2 saat Sərt quruma....................24 saat Sərfiyyat............ 5-7 m²/kg (tək qat). Çəkilər : 3,5 kg / 10 kg / 23 kg

Chrome Plastik Plus

  • Markalar Chrome Boya
  • Məhsul Kodu: Məhsul62
  • Anbarda: Anbarda Mövcuddur
  • ⫙30.50