Nitrosellüloza əsaslı, bir komponentli yüksək keyfiyyətli dolğudur.
Xüsusiyyətləri : İstifadə edildiyi səthdəki dəlikləri dolduraraq düz və hamar səth yaradır. Tez quruyur və sumbata kağızı ilə asanlıqla cilalanır.
Tətbiq sahəsi : Mebellərdə, parket və bütün növ taxta materialların səthində istifadə olunur.
Tətbiqi : Sellülozik Dolğu Vernik istifadə edilən səthlər yapışmanı əngəlləyən kir, yağ, toz kimi maddələrdən təmizlənməlidir. Təmizlənmiş səthlər sumbata kağızı ilə sürtülməli və tozdan təmizlənməlidir. İstifadə etməzdən əvvəl Sellülozik Dolğu Vernik 20-30 % Sel-tiner ilə incəldilməlidir. Boya püskürdücü ilə 2-3 qat çarpaz olaraq atılmalı və qatlar arasında 5-10 dəqiqə gözlənilməlidir. Fırça ilə istifadədə isə 2-3 qat çarpaz olaraq sürtülməli və qatlar arasında 20-30 dəqiqə gözlənilməlidir. Quruduqdan 2 saat sonra sumbata kağızı ilə sürtülə bilər.
Saxlanma şərtləri :
S 2 - Uşaqların əl çatmadığı yerlərdə saxlayın.
S 3/7/9 – Qabı hermetik bağlayın. Sərin və yaxşı havalandırılan yerdə saxlayın.
S 16 – Oddan uzaq tutun. Siqaret çəkməyin.
Təhlükəsizlik şərtləri :
R 10 - Alovlana bilər. Alovlanma nöqtəsi +21º C.
R 20 - Tənəffüs edildiyində sağlamlığa zərərlidir.
R 36 - Gözləri qıcıqlandırır.
S 37/39 – Qoruyucu paltar, əlcək, eynək və maskadan istifadə edin.
S 51 - Yalnız yaxşı havalandırılan yerlərdə istifadə edin.
Saxlanma müddəti :……………………….3 il.
Alətlər Fırça Rulo Boya püskürdücü
Sərfiyyat....... 16-18 m² / lt
Quruma müddəti (25º C-də)
Toz quruma.............. 1 saat
Sərt quruma............. 12 saat
İstidən qoruyun, Sağlamlığa zərərlidir, Alovlana bilər
Çəkilər : 0,75 // 2,5 kg // 12 kg


